Sabah Azərbaycan xalqı üçün əlamətdar bir gündür. Belə ki, xalq olaraq öz müstəqilliyimizi yenidən bərpa etdikdən bu günə qədər olan 30 il ərzində ilk dəfə olaraq Azərbaycan Respublikasının bütün ərazisində seçkilər keçiriləcəkdir. Bu əlamətdar gün münasibəti ilə Azərbaycan xalqını, şirkətimizin bütün şəxsi heyyətini səmimi qəlbdən təbrik edirəm. Azərbaycanımızın gələcəyi naminə hər kəsi seçkilərdə iştirak etməyə və öz layiqli liderini seçməyə dəvət edirəm. “Lion security” MMC-nin rəhbəri olaraq çəkinmədən və fəxrlə elan edirəm ki, sabahkı seçkilərdə mən öz səsimi Azərbaycan Respublikasının tarixində əvəzsiz rolu olan, ərazi bütövlüyünü bərpa edərək Azərbaycanı güclü dövlət kimi bütün dünyaya tanıdan şəxsiyyət – İlham Əliyevə verəcəm.

