“Lion security” MMC-in komandası daxili və xaricdəki müştərilərimizə mümkün olan ən yaxşı xidmətləri təqdim etmək üçün hüquq mühafizə və xüsusi əməliyyatlar üzrə ekspertlərdən və beynəlxalq sertifikatlara yiyələnmiş peşəkarlardan ibarətdir. Bizim yanaşmamız istənilən əməliyyat mühitində xidməti vəzifələri problemsiz icra etməyi aşlamaq, fərdiləşdirilmiş və unikal proqramlar hazırlaya bilən komandamızın illik təlim və təcrübəsindən istifadə etməkdən ibarətdir. “Lion security” mühafizə şirkətinin təlim-tədris mərkəzi ən müasir metod və texnologiyaları özündə birləşdirir.
Müasir dünyadakı bütün təhlükəsizlik nüanslarını bilən təşkilatımızın yüksək peşəkar təlimçiləri sayəsində tələbələr alınan materialları mükəmməl mənimsəyirlər. Bu materialı praktikada tətbiq edərək gələcəkdə müəllimlərimiz tərəfindən həqiqətən yüksək ixtisaslı təhlükəsizlik işçiləri yetişdirilir. Qabaqcıl tədris texnologiyalarından istifadə etməklə kifayət qədər qısa müddətdə kurs iştrakçılarına böyük bir bacarıq və bilik bazası yaratmağa nailik və həqiqi bir mütəxəssis hazırlayırıq.
Təlimin məqsədi özəl təhlükəsizlik şirkətlərinin işçiləri tərəfindən rəsmi fəaliyyətlərinin həyata keçirilməsi üçün həmin işçiləri zəruri olan nəzəri biliklərə, praktiki bacarıqlara yiyələndirməkdir. Aparıcı seçim prosesimiz və yüksək səviyyəli, ixtisaslaşmış təlimimiz sayəsində “Lion security” MMC ən yüksək müştəri saxlama dərəcəsinə malikdir.
“Lion security” MMC-in təhlükəsizlik təlimlərinə müraciət edərək peşəkar sertifikat əldə etmək mümkündür. Xüsusi təhlükəsizlik şirkətlərinin əməkdaşlarının peşə təhsili üçün və mühafizəçilərin təlim kursları üçün kollektiv və fərdi müraciətləri qəbul edirik.
