“Lion security” MMC
“Lion security” MMC fiziki və elektron təhlükəsizlik mühafizə sistemlərinin tətbiq edilməsi prinsipini əsas tutaraq fəaliyyət göstərən mühafizə şirkətidir.
“Lion security” MMC Azərbaycan Respublikası ərazisində mühafizə xidməti üzrə beynəlxalq sertifikat qazanmış aparıcı şirkətlərdən biridir. 28 fevral 2023-ci il tarixində təsis edilən “Lion security” MMC Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, ISO 45001 keyfiyyət standartlarının tələblərinə uyğun həyata keçirir. Fəaliyyət göstərdiyimiz sahədə dərin biliklər və müştərilərə müstəsna xidmət bizi fərqləndirərək daha da inkişaf etdirir. Məhz bu inkişafın nəticəsi olaraq bu gün çoxlsaylı müştərilərin xidmətindəyik. Biz həm hüquqi, həm də fiziki şəxslərlə işləyir, insanların, müəssisələrin, hadisələrin (o cümlədən kütləvi tədbirlər), yüklərin, əmlakın təhlükəsizliyini təmin edir, həmçinin fövqəladə halların araşdırılmasını asanlaşdırırıq.
Öz işçi heyyətimizin peşəkarlığının sayəsində yüksək keyfiyətli xidmətin təmin edilməsinə zəmanət veririk. Şirkətin heyətinin böyük əksəriyəti xarici mühafizə şirkətlərində uzun illər xidmət göstərmiş təcrübəli kadrlardan təşkil olunub və əməkdaşlarımız bir neçə xarici dildə sərbəst danışa bilirlər.
Məqsədimiz – Respublikamızda mühafizə və təhlükəsizlik xidmətini təşkil edən şirkətlər arasında ən birincisi və ən böyügü olmaq.
Niyyətimiz – Bu şərəfli peşə sahəsinin nüfuzunu daha da yüksəklərə qaldıraraq cəsarətlə Azərbaycanımızı mühafizə etmək.




