Bu gün ölkənin perspektiv inkişaf hədəfləri məşğulluq sahəsində keyfiyyət göstəricilərinin inkişaf etdirilməsinə, layiqli iş yerlərinin yaradılmasına, məşğulluq sahəsində inklüzivliyin təmin olunmasına və sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəlmişdir. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 24.11.2023-cü il tarixdə təşkil olunan “Məşğulluğa Dəstək Layihəsi” adlı əmək yarmarkası mühüm rola malikdir. Həmin sərgidə “LİON SECURİTY” MMC mühafizə şirkəti iştirak edərək məşğulluq proqramının genişləndirilməsinə öz dəstəyini əyani olaraq göstərmişdir. Aktiv məşğulluq tədbirində iştirak edən şəxslər “LİON SECURİTY” MMC-də olan vakansiyalar haqqında məlumatlar əldə edib, uyğun iş yerləri üzrə müraciət etmək imkanı qazanıblar.
Tədbir zamanı digər şəxslərlə yanaşı II Qarabağ müharibəsi iştirakçıları olan iki nəfər qazimizin də anket məlumatları götürülərək sıralarımızda işə qəbul olunmaları üçün “LİON SECURİTY” MMC-in baş ofisinə dəvət olunmuşlar.





