Hüquqi bilik – müvəffəqiyyətli fəaliyyəti əsasıdır
Qeyri-dövlət (özəl) mühafizə müəssisəsi əməkdaşının müvəffəqiyyətli fəaliyyətinin əsasını hüquqi biliklər, qanunun aliliyinin dərk olunması prinsipi təşkil edir. Onun, cəmiyyətin müxtəlif həyati fəaliyyətinə qarşı cinayətkarlığın təhlükə dərəcəsi,dövlət və həmçinin beynəlxalq səviyyədə cinayətkarliğa qarşı mübarizədə görülən kompleks tədbirlər,cinayət haqqında anlayış,törədilmiş cinayətlərin xüsusiyyətləri, kriminal qəsdlərin təsnifatı,hallar,cinayət əməlinin olmaması, inzibati məsuliyyətinin növləri,bu və ya digər prosesual hərəkətlər və s. məsələlər haqqında ümumi təsəvvürü olmalıdır.Obyektdə vəzifə borcunun yerinə yetirilməsi məqsədilə qaydaların,içtimai təhlükəsizliyin təmin olunması, hökmən qanunçuluğa, hüquqi-normativ sənədlərə, bəşəri prinsiplərə riayət edilməklə aparılmalıdır.
Əlaqə
Əlaqə məlumatı
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla cümə 42B
+994 51 230 94 49
