Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 05.12.2023-cü il tarixdə Bakıda əmək yarmarkası təşkil edilib. Dövlətimizin işsizliklə mübarizə çərçivəsində yürütdüyü bu siyəsətə “Lion Security” mühafizə şirkəti olaraq biz də öz dəstəyimizi göstərərək həmin yarmarkada iştirak etmişik. Şirkətimizdə işləmək istəyən şəxslərə qapılarımızı açıq elan edərək onlardan işə qəbulla bağlı sənədləri qəbul etmişik.
İşsizliklə mübarizə çərçivəsində dövlətimizin yürütdüyü siyasətə öz dəstəyimizi göstərməkdən həmişə məmnunuq.