Skip to content Skip to footer

Bayram təbriki

      “Lion security” MMC – nin direktoru Rauf Atakişiyevin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə “Lion security” MMC – nin şəxsi heyətinə təbriki.

      Hörmətli həmkarlar!

      Yola saldığımız 2023-cü il şirkətimiz üçün ilk və ən önəmli il olaraq yaddaşlarda qaldı.  2023-cü il ərzində şirkətimiz mühafizə və təlim sahəsində ilk müqavilələrini bağlamış, peşəkar kadr ehtiyyatının, maddi-texniki və hüquqi bazanın formalaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Qısa müddət ərzində beynəlxalq dərəcəli  ISO 9001:2015 sertifikatının alınması da uğurlarımız arasında olmuşdur. Kadr ehtiyyatının qısa zaman kəsiyində formalaşmasına baxmayaraq idarəetmə və xidmət sahəsində peşəkarlıq, məsuliyyət o dərəcədə yüksək olmuşdur ki, mühafizə olunan obyektlərdə hüquqpozmalara və cinayətkarlığa qarşı böyük əzm və qətiyyətlə mübarizə aparılmış, həmçinin təhlükəsizliyin qorunması funksiyası layiqincə həyata keçirilmişdir.

      Ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun Dövlət Başçımız İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinə, cəmiyyətimizin dinamik iqtisadi inkişafına, xüsusilə məşğulluq sahəsində layiqli iş yerlərinin yaradılmasına yaxından öz dəstəyimizi göstərmişik.

      Bütün dünyaya elan olunan “Zəfər bayramı” günündə istər Birinci, istərsə də, İkinci Qarabağ müharibəsində iştirak edən qazi və veteranlarımıza öz qayğımızı əsirgəməmiş, xidmətdə fərqlənən, istənilən şəraitdə şirkətimizə öz sadiqliyini nümayiş etdirən əməkdaşlarımızı mükafatlandırmışıq.

      Möhkəm nizam-intizama, yüksək peşəkarlığa, müasir maddi-texniki imkanlara malik olan “Lion security” MMC artıq klassik “Mühafizə” statusundan çıxaraq müasir “Təhlükəsizlik” statusuna keçid etmişdir.

      Əminik ki, qarşıdakı illərdə də uğurlarımız davamlı olacaq, təhlükəsizlik və mühafizə sahəsində göstərdiyimiz xidmət səviyyəsinə görə Respublikamızda şirkətlər arasında 1-ci yerdə olaraq  layiqincə “Azərbaycanımızı mühafizə edəcəyik”.

      Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti və hörmətli veteranlarımızı, qazilərimizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda yeni-yeni nailiyyətlər arzulayırıq.

      Bayramınız mübarək !

Ünvan

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 42B

İş saatları - Hər zaman xidmətinizdəyik

“Lion security” MMC-nin baş ofisi:

Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Şənbə-Bazar: Onlayn işləyirik

“Lion security” MMC©. Bütün hüquqlar qorunur