Skip to content Skip to footer

      Yanğın və partlayış həyat və tikililər üçün böyük təhlükə yaradır, lakin bir çox hallarda onun qarşısını almaq mümkündür və ya yanma nəzəriyyəsi və yanğının yayılma üsulları düzgün qiymətləndirilərsə ziyan azaldıla  bilər.  Yanğınlarla əlaqədar aparılan statistika və təhlillər göstərir ki, baş vermiş yanğınların genişlənməsinin başlıca səbəblərindən biri də yanğın baş verən yerdə ilkin yanğınsöndürmə vasitələrinin, avtomatik yanğınsöndürmə, xəbərverici sistemin olmaması və insanların Yanğın Təhlükəsizliyi barəsində məlumatını az olmasıdır.
Təlimin məqsədi:

  • Yanğın barəsində məlumatlandırma
  • Yanğın riskinin azaldılması yollarının izah olunması
  • Yanğın zamanı təhlükəsiz davranma qaydalarını aşılamaq
  • Yanğınla düzgün mübarizə metodlarının seçilməsi
  • Daşınan (portativ) yanğınsöndürmə avadanlıqları barəsində məlumatlandırma və təhlükəsiz istifasdə qaydalarının izah olunması.

      Təlim kimlər üçün nəzərdə tutulub:  Yanğın təhlükəsizliyi üzrə nəzarətçilər, könüllü yanğın dəstələrinin üvzləri və yanğın təhlükəsizliyi üzrə səfərbər edilən hər kəs üçün nəzərdə tutulmuşdur.  

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Yanma nəzəriyyəsinin əsas prinsiplərini
  • Yanğın ehtiyat üsullarının müəyyən olunmasını
  • Yanğının təsnifatını
  • Düzgün yanğınsöndürənin seçilməsi və istifadəsini
  • Yanğın üsullarını
  • Yanğın təhlükəsizliyi ilə bağlı öhdəliklərdən xəbərdar olmağı 

Mövzular: 

  • Giriş/Tanışlıq
  • Yerli Qanunvericilik və Beynəlxalq Standartlar 
  • Yanğın Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları
  • Yanğın Təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili
  • Yanğının əmələ gəlməsi 
  • Yanğının səbəbləri və nəticələri
  • Yanma nəzəriyyəsi (alışma üçbucağı) 
  • Yanğının (istiliyin) yayılma yolları
  • Yanğının növləri (təsnifatı -sinifləri)
  • Yanğın söndürməyin vasitələri
  • Müxtəlif yanğınsöndürmə (Odsöndürənlər) və yanğından mühafizə vasitələrinin növləri və istifadə qaydaları
  • Yanğına qarşı profilaktik tədbirlər
  • Riskin Qiymətləndirilməsi
  • Fövqəladə Hallarda görülən tədbirlər
  • Odsöndürən balonlar (yoxlama və texniki baxış)
  • Odsöndürənlərin istifadə qaydalarını göstərmək / praktiki təlimatlandırma
  • Praktiki hissə
  • Təlimin qiymətləndirilməsi.

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 10 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

Seritifikatın etibarlılıq müddəti: 3 üç il

Əlaqə
Əlaqə məlumatı

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla cümə 42B

+994 51 230 94 49

Ünvan

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 42B

İş saatları - Hər zaman xidmətinizdəyik

“Lion security” MMC-nin baş ofisi:

Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Şənbə-Bazar: Onlayn işləyirik

“Lion security” MMC©. Bütün hüquqlar qorunur