“Lion security” MMC-in bütün kollektivi Azərbaycan xalqını 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edir, bu zəfəri bizə qazandıran şəhidlərimizi hörmətlə anıb, qazilərimizə və veteranlarımıza sağlam və firəvan həyat arzulayır.
“Lion security” MMC mühafizə şirkətini rəhbərliyi və təşkilatçılığı ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə “Lion security” şirkətinin sıralarında çalışan cəsur müharibə iştrakçıları – qazilər və veteranlar iştkak etmişlər. Keçirilən tədbir çərçivəsində şirkətimizin idarə heyyətinin əməkdaşları, şirkətimizdə xidmət aparan mühafizəçilər Bakı şəhərinin 2-ci Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ucaldılan abidələr önünə tər çiçəklər düzüb, şəhidlərimizin ruhu ehtiramla yad etmişlər.
Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə, həmçinin “Lion security” MMC-də hal-hazırda xidmət aparan 1-ci və 2-ci Qarabağ müharibələrində iştirak etmiş qazi və veteranlar, eləcə də şəhid ailəsi üzvü olan əməkdaşlar çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti barədə danışmışlar.
“Lion security” MMC bir Azərbaycan şirkəti olaraq qazilərimiz və veteranlarımız qarşısında öz məsuliyyətini dərk edərək sonda əməkdaşlara xatirə hədiyyələri və pul mükafatları təqdim etmişdir.
Əziz xalqımız! Bayramınız mübarək!












